Aİ sammiti zəlzələdə həyatını itirənlər üçün bir dəqiqəlik sükutla başladı

OXUNUB: 160 Özəl DÜNYA
7NEWS.az xəbər verir ki, Avropa İttifaqı (Aİ) Liderlər Zirvəsi Türkiyə və Suriyada baş verən Kahramanmaraş mərkəzli zəlzələlərdə həyatını itirənlərin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Prezident Rəcəb Tayyib Ərdoğana göndərdikləri məktubda Aİ liderləri Türkiyə ilə həmrəy olduqlarını bir daha bəyan ediblər.

Aİ ölkələrinin liderləri Ukraynaya dəstək, immiqrasiya və iqtisadiyyat kimi məsələləri müzakirə etmək üçün Brüsseldə fövqəladə zirvə toplantısı keçiriblər.

İclasa sədrlik edən Avropa İttifaqı Şurasının prezidenti Çarlz Mişelin sözçüsü Barend Leyts iclasın bir dəqiqəlik sükutla açıldığını bildirib.

7NEWS.az

RƏYLƏR