Aİ Ukraynaya 220 min artilleriya mərmisi və 1300 raket göndərib

OXUNUB: 127 Özəl DÜNYA
7NEWS.az xəbər verir ki, Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell Belçikanın paytaxtı Brüsseldə keçirilən Aİ Müdafiə Nazirləri Toplantısından sonra açıqlama verib. Borrell, Aİ ölkələrinin martın 20-də qəbul etdiyi 3 mərhələli plan çərçivəsində Ukraynaya 220 min artilleriya mərmisi və 1300 raketin tədarük edildiyini bildirib. AB-nin Ukraynaya bir ildə 1 milyon döyüş sursatı vermə hədəfinə çatmaq yolunda olduğunu qeyd edən Borrell, "Önümüzdəki günlər, həftələr və aylar Ukraynadakı müharibədə strateji baxımdan həlledici olacaq" dedi.

7NEWS.az

RƏYLƏR