"Ağıl oxuyan" süni intellekt yaradılıb

OXUNUB: 115 Özəl DÜNYA
7NEWS.az xəbər verir ki, Reallıqdan ayırd etmək çətin olan mətnləri yaza bilən süni intellekt texnologiyası gələcəkdə beyinləri oxuya biləcək. Süni intellekt üzərində işləyən amerikalı nevroloqlar əvvəllər öyrənilməmiş bu sahə üzərində işləyirlər. CNN İnternational problem üzərində çalışan Texas Universitetində nevroloqlarla danışıb. Burada alimlər süni intellektin köməyi ilə beyin fəaliyyətini sözə çevirməyi bacarıblar. Tədqiqat çərçivəsində könüllülər FMRI aparatının içərisində olarkən onlara audio bölmələr səsləndirilib. Prosesdə onların beyinləri maşına qoşulmuş süni intellekt tərəfindən öyrənilib. Sadəcə olaraq, beyin fəaliyyətini tədqiq etməklə, süni intellekt insanın nə dinlədiyini və izlədiyini sözlə ifadə edib.

7NEWS.az

RƏYLƏR