Ağır qəza törətdi, arvadı öldü - Bakıda

OXUNUB: 504 HADİSƏ
Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən İcmal.Az-a verilən məlumata görə, aprelin 26-da saat 20:00 radələrində Yasamal rayonu ərazisində Füzuli rayon sakini Kərəm Əliyev idarə etdiyi "Hyundai” markalı avtomobili yol ayırıcısına vurub.
 
Nəticədə K.Əliyevin sərnişini - arvadı Ağgül hadisə yerində ölüb.

Yasamal RPİ tərəfindən araşdırma aparılır.

İcmal.Az

RƏYLƏR