Çağırış yerinə yubanan həkimlər döyüldülər

OXUNUB: 575 SOSİAL

Tovuz rayonunda çağırışa gedən təcili tibbi yardım maşınına hücum olub.

İcmal.Az-ın APA-ya istinadən xəbərinə görə, hadisə ötən gecə rayonun İbrahimhacılı kəndində baş verib. 

Xəstənin öldüyünü deyən yaxınları tibb işçilərinin çağırışa yubandıqlarını bildirib, həkim Eldar Abdıyev və tibb bacısı Cəmalə Qurbanovaya xəsarət yetiriblər.

Təcili tibbi yardım maşınının şüşələri sındırılıb.

Faktla bağlı Tovuz rayon Prokurorluğunda  araşdırma aparılır.

İcmal.Az

RƏYLƏR