Aksa məscidində saxlanılan Türkiyə vətəndaşı sərbəst buraxılıb

OXUNUB: 163 Özəl DÜNYA
7NEWS.az xəbər verir ki, Türkiyə vətəndaşı Özgecan Mutlu fanatik yəhudi mühacirlərin basqını zamanı Əl-Əqsa məscidində Quran oxuyarkən İsrail polisi tərəfindən saxlanılıb. Diplomatik mənbələrdən alınan məlumata görə, Mutlu Türkiyənin Təl-Əviv səfirliyi və Qüds Baş Konsulluğunun təşəbbüsləri ilə sərbəst buraxılıb. Xarici İşlər Nazirliyi və Qüdsdəki Baş Konsulluğun Mutlunun vəziyyəti ilə yaxından maraqlandığı bildirilib.

7NEWS.az

RƏYLƏR