Aktyorun çılpaq fotolarını arvadı yayıbmış - FOTO

OXUNUB: 1068 ŞOU-BİZNES

"Arka sokaklar” serialı ilə tanınan türkiyəli aktyor Berk Oktay və həyat yoldaşının ötən aylarda sosial mediada çılpaq fotoları və videoları yayılmışdı.

İcmal.Az xəbər verir ki, sənətçi fotoları kimin yayması ilə bağlı İstanbul Prokurorluğuna müraciət etmişdi.

Məsələ ilə əlaqədar aktyorun vəkili Serdar Öktem açıqlama yayaraq şəkilləri yayanın ortaya çıxdığını bildirib:

"Prokurorluğun başlatdığı istintaq zamanı fotoların yayıldığı IP ünvanları məlum olub. Ünvan Berk Oktayın boşanma prosesində olduğu arvadı Merve Şarapçıoğlunun anasının çalışdığı iş yerinin kompüterlərinə aiddir”.

Qeyd edək ki, Oktayın özəl fotoları Şarapçıoğlunun "Instagram” hesabından paylaşılmışdı. Şarapçıoğlu isə profilinin hekləndiyini demişdi.

 

İcmal.Az

RƏYLƏR