“Alçaq gədələr, qırın bir-birinizi, boğulun qurduğunuz bataqlıqda...” — Deputatdan SƏRT SÖZLƏR

OXUNUB: 1633 SİYASƏT
Söyüş müxalifəti”ni təmsil edən hər kəs – Əfqan Muxtarlı da, Tural Sadıqlı da, digərləri də eyni zehniyyətə sahib olan şərəfsizlərdir, anti-milli fəaliyyətlə məşğul olan, xarici ölkələrin xüsusi xidmət orqanlarının əlində alət olan binamuslardır. Ona görə də onların arasında fərq qoymuram. Hansı hansını nədə və niyə ittiham edir, orası da mənə maraqlı deyil. Mənə  maraqlı olan sadəcə budur ki, həmin alçaqlar ölkəyə nə zaman ekstradisiya ediləcəklər? Vəssalam. Çünki bu qanıpozuqlar yetərincə böyük cinayətlər törədiblər, bütün sərhədləri, qırmızı xəttləri keçiblər, hər cür mənəviyyatsızlıqlara imza atıblar".

Bu fikirləri Demokrat.az-a açıqlamasında Demokratik Maarifçilik Partiyasının sədri, Milli Məclisin deputatı Elşən Musayev bildirib. O deyib ki, mübahisə bu dəfə "söyüş müxalifəti”nin öz arasında gedir:

"Tural Sadıqlının son paylaşımlarına baxdım. Səsi titrəyirdi. Panikası üzündən oxunurdu. Demək ki, həqiqətən "ilişib” və deyəsən bu dəfə bərk ilişib. Üstəlik, məlum kontekstdə maraqlı olan digər məqam bilirsinizmi nədir? Mübahisənin bu dəfə "söyüş müxalifəti”nin öz arasında getməsi, iki nadanın söz dueli, tərbiyəsizlə daha tərbiyəsizin davası, şərəfsizlə daha şərəfsizin mübarizəsi.

Alçaq gədələr! Qırın bir-birinizi. Boğulun, öz qurduğunuz bataqlıqda. Ulaşın, çoxdan yuvarlandığınız rəzillər quyusunda. Zatən hamınız eyni bezin qıraqlarısız. Hamınız eyni masştablı namussuzlar, eyni dərəcəli tərbiyəsizlər, eyni miqyaslı mürtədlərsiniz.

Tural Sadıqlı mənə həsr elədiyi videosunda deyirdi ki, məni kimsə Azərbaycana gətirə bilməz. Gələcəksən, Tural! Hətta deyərdim ki, artıq gəlirsən. Yol üstdəsən. Özü də tək gəlməyəcəksən. Hamınız gələcəksiniz! Çox yaxınlarda. Əmin ol”.

Şantaj qarşılığnda "söyüş müxalifəti”nə pul ödəyənlərlə bağlı günlərdir mediada, sosial şəbəkələrdə müzakirə olunan məsələyə gəlincə isə Elşən Musayev vurğulayıb ki, əgər həqiqətən də belə bir hal varsa, olubsa, baş veribsə, heç şübhəsiz, ona da mütləq şəkildə hüquqi və siyasi qiymət veriləcək: 

"Çünki həmin addımın adı artıq özünü qorumaq deyil, siyasi xəyanətdir. Məhz siyasi xəyanət! Eyni zamanda mənim bu xüsusda qəti mövqeyim və qənaətim ondan ibarətdir ki, əgər bir məmur, bir səlahiyyət sahibi işində dürüstdürsə, düzgündürsə, təmizdirsə, səmimidirsə, o zaman heç bir şantaj və ya şantajçı onu qorxu və təlaş içində saxlaya bilməz, heç bir qara qüvvə onu əyri yollara çəkə bilməz, heç bir məkrli güc onu dövlətçilik yolundan, təfəkküründən sapdıra bilməz!

Allah vurub, Turalı da, Əfqanı da, digər söyüşdən yoğrulmuşları da...Həyatın dibidir onlar və belələrini ancaq ifşa etmək lazımdır!”

RƏYLƏR