"Ali Attestasiya Komissiyasının sədri Famil Mustafayev elmi adların satışı ilə məşğuldur" - İDDİA

OXUNUB: 433 GÜNDƏM Özəl TƏHLİL

"Elmi adların satılması prosesində dövlət qəzetlərinin baş redaktorları və müxtəlif alimlər də iştirak edirlər. Bu şəxlsərin özləri də saxta yollarla alimlik dərəcəsi alıblar."

7NEWS.az xəbər verir ki, bu sözləri jurnalist Samir Feyruzov deyib: "Hazırda elmi dərəcə almaq istəyən gənc alimlərdən 20 min manat rüşvət tələb olunur. 

2022-ci ildə 432 nəfərə fəlsəfə doktoru, 84 nəfərə elmlər doktoru dərəcəsi verilib. 246 nəfərə elmi dərəcə verilməsindən imtina edilib.

Məsələ bundadır ki, elmi dərəcə verilməsindən imtina edilən 246 nəfərdən 20-30 min manat rüşvət istəyirlər. 

Belə çıxır ki, keçən il elmi ad alan 516 nəfərin içərisində xeyli sayda adam rüşvət müqabilində buna nail olub. Çox yox, bu şəxslərin yarısının rüşvətlə elmi dərəcə aldığını düşünsək, bu o deməkdir ki, 2022-ci ildə elmi adların verilməsinə görə AAK-na 5 milyon 160 min manat rüşvə daxil oilub. 

F.Mustafayev elmi adların verilməsi satışını Komissiyanın Ekspert Şurasının üzvləri vasitəsilə həyata keçirir.

Sən demə, F.Mustafayev həm də varlı ailələrin, məmurların övladlarının cehizlik məsələlərinin həllində də yaxından işitak edir. Belə ki, qızına cehizlik hədiyyə etmək istəyən şəxslər Ali Attestasiya Komissiyasına rüşvət verib alimlik diplomu alırlar."

RƏYLƏR