7NEWS.az xəbər verir ki, bu barədə araşdırmaçı-jurnalist Samir Feyruzov paylaşım edib:
"Bu xalqa heç kəsin rəhmi gəlmir. Hakimiyyətdəki köhnə komanda ilə yeni komanda arasında savaş davam edir. 3 min şəhid verən, bir ölkə boyda ərazilərini işğaldan azad edən qalib dövləti - Azərbaycanı nə günə qoymusunuz... İki gün ərzində ölkədə baş verən "önəmli" hadisələrə diqqət edin. İsa Həbibbəyli AMEA-nın prezidenti seçildi. Bu adamın oğlu Səhət Həbibbəyli Naxçıvan MR-da Dövlət Gömrük Komitəsinin sədridir, digər oğlu Ərəstu Həbibbəyli Nazirlər Kabinetində katibliyin rəisidir. Qızı Günay Mənimsova isə ədliyyə orqanlarında vəzifədədir - Xırdalan şəhər 1 saylı Notariat Kontorunun rəisidir. İsa müəllim özü Milli Məclisin deputatıdır, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Baş direktorudur. Qələbə dairəsininn yaxınlığında yerləşən "Karvan" şadlıq sarayı da bu adama məxsusdur. İ.Həbibbəyli bəlkə də yaxşı adamdır, amma bu amil onun AMEA prezidenti olmasını şərtləndirə bilməz. Nə istəyirsiniz bu xalqdan? Bu dövlətin imkanlarından təkcə siz və ailə üzvləriniz yararlanmalıdır? Ədəbiyyat nəzəriyyəsindən namizdəlik, Cəlil Məmmədquluzadədən doktorluq dissertasiyası müdafiə edən adamı AMEA-ya prezident qoyarlar? Hanı bu ölkənin dəqiq elm sahibləri, ya da himanitar sahədə daha ciddi alimləri?"