Ali Radanın deputatı: "Ermənilər tərəfindən iki yaşlı uşağın öldürülməsi növbəti hərbi cinayətdir"

OXUNUB: 973 SİYASƏT
Azərbaycanın iki vətəndaşının, o cümlədən iki yaşlı uşağın öldürülməsi beynəlxalq ictimaiyyətin pislədiyi növbəti hərbi cinayətdir. Onun təşkilatçılarını isə hərbi tribunal gözləyir.
İcmal.Az Trend-ə istinadən xəbər verir ki, bu, Ukrayna Ali Radasının Azərbaycanla parlamentlərarası əlaqələr qrupunun rəhbəri Maksim Kuryaçinin bəyanatında deyilir.

Bəyanatda qeyd olunur ki, bu faciə müxtəlif dondurulmuş münaqişələrdə status-kvonun qəbuledilməzliyini bir daha təsdiq edir.

Bəyanatda deyilir: "Ukraynalılar həlak olanların yaxınlarına başsağlığı verir və Azərbaycan xalqını ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizədə dəstəkləyir".

Xatırladaq ki, iyulun 4-də axşam saatlarında erməni silahlı birləşmələri Füzuli rayonunun Alxanlı kəndini minaatanlardan atəşə tutub. Təxribat nəticəsində Alxanlı kənd sakinləri - 1966-cı il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun nəvəsi 2016-cı il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olub, 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı isə ağır yaralanıb.
 
İcmal.Az

RƏYLƏR