Azərbaycanın xalq artisti Alim Qasımov və qızı, əməkdar artist Fərqanə Qasımova Rusiyada konsert verib.
İcmal.Az xəbər verir ki, onlar mayın 18-də Diaghilev festivalında iştirak ediblər. Qasımov ailəsinin üzvləri Perm şəhərindəki festivalda oxuduqları muğamlarla yaddaşlarda qalıblar.
Xatırladaq ki, sabah Heydər Əliyev adına Sarayda Fərqanə Qasımovanın konserti baş tutacaq.