Alişanın xanımından açıqlama: "O şəkil saxtadır"

OXUNUB: 718 ŞOU-BİZNES
Müğənni Alişanın aktrisa həyat yoldaşı Buse Varolun İnstaqram hesabında paylaşdığı fotosunu müzakirələrə səbəb olub.

 
İcmal.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Buse səhifəsində qarnın böyüdüyünü əks etdirən şəkil yerləşdirib. İzləyiciləri 3 aylıq hamilə olan Varolun qarnının bu qədər böyük olmasına təəccübləniblər və fotonun altına "Kimi aldadırsan, 5-6 aylıq hamiləsən” kimi şərhlər yazıblar.

Bundan sonra verilişlərdən birinə zəng vuran Buse məsələyə aydınlıq gətirib. O bildirib ki, həmin şəkil saxtadır:

"O şəkil gerçək deyil. Bi rəfiqəmin anası qarnımım nə qədər böyüdüyünü görmək istədi, mən qarnımı yalandan böyüdüb şəkil çəkdirdim və ona göndərdik. O da fotonu öz İnstaqram səhifəsinə qoyub və şəkil yayılıb. Hazırda 3 aylıq hamiləyəm. İzləyicilərim də bilir ki, qarnım heç böyüməyib. Hələ ki, 36 ölçülü geyimlər geyinirəm. Övladım 14 fevralda dünyaya gəlməlidir”.

Qeyd edək ki, Alişanla Buse "Dostlar məhəlləsi” serialının çəkilişi zamanı tanış olublar. Cütlük bu il mayın 5-də nikah masasına oturub. 

İcmal.Az

RƏYLƏR