Almaniya “ChatGPT”ni qadağan edə bilər

OXUNUB: 115 Özəl DÜNYA
7NEWS.az xəbər verir ki, Almaniya hökumətinin məlumat təhlükəsizliyi üzrə komissarı bildirib ki, ölkə məxfiliklə bağlı narahatlıqlar səbəbindən "OpenAI” texnologiya şirkəti tərəfindən hazırlanmış süni intellekt robotu "ChatGPT”ni qadağan edə bilər. 

Süni intellektə əsaslanan "OpenAI” texnologiya şirkəti tərəfindən hazırlanmış söhbət botu "ChatGPT” üçün məlumat təhlükəsizliyinin pozulması ilə bağlı narahatlıqlar artır. 

Almaniyanın Federal Məlumat Mühafizəsi Komissarı Ulrich Kelber Handelsblatt qəzetinə bildirib ki, Berlin əvvəllər İtaliyada olduğu kimi "məxfilik problemləri” səbəbindən "ChatGPT”yə girişi "prinsipcə blok edə” bilər. 

7NEWS.az

RƏYLƏR