Almaniya hökuməti yeni miqrasiya qanununu təsdiqlədi

OXUNUB: 116 Özəl DÜNYA
Almaniyada Nazirlər Şurası ölkədə ixtisaslı işçi çatışmazlığını aradan qaldırmaq məqsədi daşıyan yeni Bacarıqlı İmmiqrasiya Qanununu təsdiqləyib.

7NEWS.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən açıqlamada, Nazirlər Şurasının Almaniyada ixtisaslı işçi miqrasiyasını asanlaşdırmaq üçün yaradılmış ixtisaslı immiqrant strategiyasını təsdiq etdiyi bildirilib.

Açıqlamada bir çox alman şirkətinin uzun müddətdir ki, ixtisaslı işçi tapmaqda ciddi çətinliklər yaşadığı və ixtisaslı işçi çatışmazlığının 2022-ci ildə 1,98 milyon səviyyəsində olduğu bildirilib.

7NEWS.az

RƏYLƏR