Almaniyada avtobus və tramvay toqquşub: 40 YARALI

OXUNUB: 304 Özəl DÜNYA
Almaniyanın Oberhauzen şəhərində tramvay və avtobusun toqquşması nəticəsində çoxlu sayda insan xəsarət alıb.

Almaniyanın Şimali Reyn-Vestfaliya əyalətinin Oberhauzen şəhərində tramvay və avtobus toqquşub. Hadisə yerinə təcili yardım və xilasedicilər göndərilib. Polisin verdiyi məlumata görə, qəza nəticəsində çoxlu sayda insan xəsarət alıb. Bölgədə helikopter tələb olunduğu, xilasetmə işləri ilə əlaqədar sürücülərə qəza yerindən uzaq durmaları ilə bağlı xəbərdarlıq edildiyi bildirilib. Almaniya mətbuatı qəza nəticəsində 40 nəfərin yaralandığını yazıb.

7NEWS.az

RƏYLƏR