Almaniyada dəmir yolu nəqliyyatında işçilər 50 saatlıq tətil keçirəcək

OXUNUB: 164 Özəl DÜNYA
Almaniya Dəmir Yolları və Nəqliyyat Birliyi bazar günü axşam saatlarından etibarən inflyasiya ilə mübarizə aparmaq üçün işçilərin maaşlarının artırılmasını tələb edərək 50 saatlıq xəbərdarlıq tətili keçirəcəklərini açıqlayıb.

7NEWS.az xəbər verir ki, dəmir yolu daşımalarının böyük əhəmiyyət kəsb etdiyi Almaniyada Dəmir Yolları və Nəqliyyat Birliyi (EVG) kollektiv müqavilə danışıqlarındakı fikir ayrılığından sonra ölkə miqyasında xəbərdarlıq etməyə qərar verdiklərini açıqladı.

Bazar günü axşam saat 22:00-dan çərşənbə axşamı axşam saat 24:00-a kimi ölkədə bütün dəmir yolu hərəkətinin 50 saatdan çox iflic olacağı gözlənilir.

7NEWS.az

RƏYLƏR