Almaniyada kilsəyə silahlı hücum edilib: 7 ÖLÜ

OXUNUB: 179 Özəl DÜNYA
7NEWS.az xəbər verir ki, Alman mediası Hamburqun Qrossborstel rayonunda Yehovanın Şahidlərinə məxsus kilsəyə hücum edildiyini və hücumçu ilə birlikdə 7 nəfərin də həyatını itirdiyini bildirib. Çoxlu sayda yaralının da yaralandığı hücumu təhlükəsizlik dairələrinin "qəzəbdən qaynaqlanan" hücum kimi qiymətləndirdiyi paylaşılıb. Polisin açıqlamasında 3 mərtəbəli kilsə binasına xüsusi təyinatlı çevik qüvvələrin daxil olduğu zaman güllə səsinin eşidildiyi, hücumu həyata keçirən şəxsin ölənlər arasında ola biləcəyi qeyd edilib.

7NEWS.az

RƏYLƏR