Bakı. 1 may. / "Lufthansa" aviaşirkətinə məxsus "Bombardier CRJ-900LR" təyyarəsinin onlarla sərnişini Münhen hava limanında uçuşa dəqiqələr qalmış hava gəmisindən təxliyyə edilib.
"Report" TASS-a istinadən xəbər verir ki, laynerin mühərriki Frants-Yozef Ştraus adına Münhen hava limanının uçuş-enmə zolağında tüstülənməyə başlayıb.
Təyyarə Münhendən Paderborna daxili uşuş həyata keçirməyə hazırlaşıb. Amma mühərrikin tüstüləməsindən sonra göyərtədəki sərnişinlər dərhal təxliyyə olunublar.
Faktla bağlı araşdırma aparılır.