Almaniyanın əhalisi 84,4 milyon nəfərə çatıb

OXUNUB: 113 Özəl DÜNYA
Federal Statistika İdarəsinin açıqladığı məlumatlara görə, ötən il Almaniya əhalisi 1,3 faiz artıb.

7NEWS.az xəbər verir ki, Visbadendə yerləşən Federal Statistika İdarəsi 2022-ci ilin sonuna qədər Almaniyada 84,4 milyon insanın yaşadığını açıqlayıb. Əcnəbilərin nisbəti 14,6%-ə yüksəlib. Bu insanların 1,34 milyonunun Türkiyə, 1,05 milyonunun Ukrayna, 883 mininin isə Suriya vətəndaşları olduğu açıqlanıb. Almaniyada yaşayan ukraynalıların sayı 2022-ci ildə altı dəfədən çox artıb.

7NEWS.az

RƏYLƏR