Almaniyanın ən böyük əyləncə parkında yanğın: 25 min insan təxliyə EDİLDİ

OXUNUB: 106 Özəl DÜNYA
Almaniyanın ən böyük əyləncə parkı olan Europa-Parkda baş verən yanğınla əlaqədar 25 min insanın təxliyə edildiyi bildirilib.

7NEWS.az xəbər verir ki, Almaniyanın Fransa ilə sərhədində yerləşən Rust şəhərindəki Europa-Parkda yanğın baş verib. Park rəsmiləri yanğının "Yomi Magical Diamond World" adlı qapalı bölmənin maşın otağında başladığını bildirdi. Offenburq polisi həmçinin yanğın zamanı 2 nəfərin yüngül xəsarət aldığını və 25 min insanın problemsiz təxliyə edildiyini bildirib.

7NEWS.az

RƏYLƏR