Amsterdamın mərkəzində marixuana çəkmək qadağan edildi

OXUNUB: 148 Özəl DÜNYA
7NEWS.az xəbər verir ki, Hollandiyanın paytaxtı Amsterdamda şəhər mərkəzinin küçələrində marixuanadan istifadə qadağan edilib. Bu gündən etibarən qüvvəyə minən qadağaya əməl etməyənlər 100 avro məbləğində cərimələnəcək.

Marixuanadan qadağa təkcə turistlərə deyil, həm də bu ərazilərin sakinlərinə şamil ediləcək. Şəhərin mərkəzində marixuana satan kafelərin terraslarında yaşayanlar qadağadan təsirlənməyəcək.

7NEWS.az

RƏYLƏR