“Ana məni bağışla” tamaşası nümayiş edildi.

OXUNUB: 1100 MƏDƏNİYYƏT

   10 mart  Milli Teatr Günü  ilə bağlı Binəqədi rayonu, 138 saylı körpələr evi-uşaq bağçasında "Psixoloji Xidmət  və Tədqiqatlar” İctimai Birliyi və "Loqos” Psixoloji Xidmət və Nitq İnkişaf Mərkəzinin təşkilatçılığı ilə  4-9 yaşlı uşaqların koreksiyası üçün "Ana məni bağışla” tamaşası nümayiş edildi.

         Təşkil edilmiş tədbirdə PXTİB-nin icraçı direktoru Leyla Kərimova, "Loqos” un baş uşaq psixoloqu Roza Kazımlı, PXTİB-nin sənədlər şöbəsinin rəhbəri Ləman Ağalarova, "Loqos” un  Marketinq şöbəsinin əməkdaşı Nuranə Xudiyeva, 138 saylı körpələr evi-uşaq bağçasının baş tərbiyəçisi Şükufə Kərimova, "Ana məni bağışla” tamaşasını təqdim edən Loqosun psixoloq qrupu, 138 saylı körpələr evi-uşaq bağçasının müəllim və uşaq kollektivi iştirak ediblər.

         Tamaşa "Loqos” Psixoloji Xidmət və Nitq İnkişaf Mərkəzinin uşaq psixoloqu Roza Kazımlının "Uşaqlarda Davranış pozuntusu və tərbiyəsi” mövzusunda yazdığı ssenarisi əsasında qurulub.

            İlk olaraq çıxış edən 138 saylı körpələr evi-uşaq bağçasının baş tərbiyəçisi Şükufə Kərimova qonaqları salamlayıb və belə bir tamaşanın bağçada təşkil edildiyini müsbət qiymətləndirib.

        Sonra çıxış edənlər PXTİB-nin icraçı direktoru Leyla Kərimova və "Loqos” un  Marketinq şöbəsinin əməkdaşı Nuranə Xudiyeva 10 mart  Milli Teatr Günü  ilə bağlı təşkil edilən tamaşanın əhəmiyyətindən danışıblar. Natiqlər qeyd ediblər ki, Azərbaycan öz müstəqilliyini qazandıqdan sonra bir çox sahələrdə olduğu kimi, teatr sənətimizin inkişafında da mühüm işlər həyata keçirilib. Məhz Azərbaycan Prezidenti İlham Əliyev 1 mart 2013-cü il tarixində Azərbaycan Respublikasında Milli Teatr Gününün təsis edilməsi haqqında sərəncam imzalaması bu sahəyə olan dövlət qayğısının təzahürü idi.

          Çıxışlardan sonra "Loqos” Psixoloji Xidmət və Nitq İnkişaf Mərkəzinin uşaq psixoloqu Roza Kazımlı tamaşanın ssenarisi haqqında məlumat verib və tamaşa nümayiş edilib.

        Nümayiş edilən " Ana məni bağışla” adlı tamaşa uşaqlarda xoş təəssürat yaradıb.

             Tamaşanın sonunda xatirə fotosu çəkdirilib.

            Məlumat üçün bildirək ki, bu cür tamaşalar  davamlı olacaq.
 

 
İcmal.Az

RƏYLƏR