Antalyaya gətirilən zəlzələ qurbanları otellərə yerləşdirilir

OXUNUB: 150 Özəl DÜNYA
7NEWS.az xəbər verir ki, Serikə quru yolu ilə çatan ilk karvan Serik İlçe Qubernatorluğu Koordinasiya Mərkəzində qarşılanır. Zəlzələdən sağ çıxanlar buradan dövlət qurumlarına məxsus otel və qonaq evlərinə yerləşdirilir. Serik İlçe Baş məmuru Camal Şahin, Bələdiyyə Başçısı Ənvər Aputkan və koordinasiya mərkəzindəki səlahiyyətlilər tərəfindən qarşılanan zəlzələdən zərərçəkənlər sağlamlıq müayinələrindən sonra yaşayış yerlərinə köçürülüb.

7NEWS.az

RƏYLƏR