“APPLE SERVİCE” onlayn xidmət adı altında koronovirus yayır - FOTOFAKT

OXUNUB: 419 Özəl GÜNDƏM
Təqdim etdiyimiz foto 28 may ərazisində, Səməd Vurğun küçəsində yerləşən "APPLE SERVİCE" adlı mağazadan çəkilib. Fotodan aydın olur ki, service heç də onlayn xidmət göstərmir. Müştəriləri əvvəl olduğu kimi qəbul edib, yola salırlar. Ölkəmizdə koronovirusun baş qaldırdığı bir zamanda, ölkə başçısının göstərişi ilə obyektlərin yanvarın 18-nə qədər bağlandığı bir zamanda online fəaliyyet adı altında ama həqiqətdə keçmiş fəaliyyətini olduğu kimi davam etdirən, dövlətin qanunlarını, ölkə başçısını saymayaraq, ''krışa''larının köməyi ilə öz fəaliyyətlərini köhnə qaydada davam etdirən Apple Service adlı dükana yəqin ki, aidiyyatı qurumlar lazımi tədbiri görərlər. Xatırladaq ki, bu mağazanın Rabitə Nazirliyinə bağlı olduğu deyilir.
P.S. Servisi işlədən Şamil Məhərrəmov və Xəlil adlı tanınmış telefon ustalarıdır.+994552903332 nömrəsinin sahibi Şamil Məhərrəmovla əlaqə saxlayıb negativ hallara yol verməmələrini xahiş etsək də, "gedin nə edə bilirsiniz, edin" deyə bizə bildirdi./gundelik-baku

RƏYLƏR