"Apple" və "Google" Türkiyəyə dəstək verəcək

OXUNUB: 142 Özəl DÜNYA
Episentri Kahramanmaraş olan zəlzələlərdən sonra "Apple" və "Google" Türkiyə və Suriyanın yaralarının sağalmasına kömək edəcəklərini açıqlayıb.

7NEWS.az xəbər verir ki, Kahramanmaraşda baş verən zəlzələlərdən sonra Türkiyəyə yardımlar davam edir. "Apple" və "Google"dan Türkiyəyə dəstək mesajları gəldi. "Apple" və "Google" zəlzələ bölgəsindəki yaraları sağaltmaq üçün ianə edəcəklərini açıqladı. "Apple" baş direktoru Tim Kuk sosial media hesabından verdiyi açıqlamada başsağlığı dilədi və "Türkiyə və Suriya xalqına və dağıdıcı zəlzələlərdən zərər çəkən hər kəsə başsağlığı veririk. Apple yardım və xilasetmə işlərinə ianə verəcək" deyə bildirib.

7NEWS.az

RƏYLƏR