Argentinada inflyasiya 100 faizi keçdi

OXUNUB: 196 Özəl DÜNYA
7NEWS.az xəbər verir ki, Argentinada inflyasiya səviyyəsi 90-cı illərin əvvəllərində hiperinflyasiya başa çatdıqdan sonra ilk dəfə olaraq 100 faizi ötüb.

Ölkənin Statistika Agentliyi son rəqəmləri açıqlayıb. Qeyd olunub ki, fevral ayında inflyasiyanın 102,5 faizə çatması, 2022-ci ildən bir çox istehlak mallarının qiymətlərinin iki dəfədən çox artması deməkdir.

Uzun illərdir iqtisadi çətinliklər yaşayan ölkədə hökumət ərzaq və digər məhsulların qiymətlərini məhdudlaşdırmaqla qiymət artımını dayandırmağa çalışır. Bununla belə, ərzaq və içki sektorunda son dövrlərin ən dramatik artımı qeydə alınıb və qiymətlər fevralda yanvar ayı ilə müqayisədə 9,8 faiz artıb.

7NEWS.az

RƏYLƏR