Argentinanın mərkəzi bankı faiz dərəcələrini 600 baza bəndi artırdı

OXUNUB: 134 Özəl DÜNYA
Argentina Mərkəzi Bankı (BCRA) siyasət faizini 600 baza bəndi artıraraq 97 faizə çatdırıb. 

7NEWS.az xəbər verir ki, bankdan verilən açıqlamada pul siyasəti dərəcəsinin 600 bənd artırılmasına qərar verildiyi bildirilib. Açıqlamada qeyd olunub ki, göstərici Leliq faiz dərəcəsi 97 faizə qaldırılıb. BCRA-nın bəyanatında bildirilib ki, qərar yerli valyutada investisiyalar üzrə müsbət real gəlir əldə etmək və maliyyə dəyişkənliyinin inflyasiya gözləntilərinin hərəkətverici qüvvəsi rolunu oynamasının qarşısını almaq məqsədinə əsaslanır. 

Açıqlamada qeyd olunub ki, qiymətlərin ümumi səviyyəsi, maliyyə və valyuta bazarlarının dinamikası və pul aqreqatlarının inkişafı monitorinqinin davam etdiriləcək. 

7NEWS.az

RƏYLƏR