Arye Qut: "Həlak olan azərbaycanlı qız müasir erməni faşizminin qurbanı olub"

OXUNUB: 853 SİYASƏT
İyulun 4-ü Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndində baş vermiş dəhşətli insanlıq faciəsindən sonra təmas xəttindəki məsuliyyət bütünlüklə Serj Sarkisyanın cinayətkar rejiminin üzərinə düşür.

İcmal.Az Trend-ə istinadən xəbər verir ki, bunu "News From Israel" portalına müsahibəsində İsrailin "Cəmiyyət üçün beynəlxalq layihələr" qeyri-hökumət təşkilatının rəhbəri, beynəlxalq münaisbətlər sahəsində ekspert Arye Qut deyib.

Onun sözlərinə görə, Ermənistanın mövcud cinayətkar klanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində status-kvonun saxlanmasında maraqlıdır.

A.Qut bildirib ki, cəbhə xəttində növbəti gərginlik bir daha təsdiq edir ki, Ermənistan təcavüzkar ölkə olaraq sülhdə maraqlı deyil: "18 aylıq Zəhra Quliyeva və onun nənəsi müasir erməni terrorçuluğunun və faşizminin qurbanları olub".

Xatırladaq ki, iyulun 4-də axşam saatlarında erməni silahlı birləşmələri Füzuli rayonunun Alxanlı kəndini minaatanlardan atəşə tutub. Təxribat nəticəsində Alxanlı kənd sakinləri - 1966-cı il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun nəvəsi 2016-cı il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olub, 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı isə ağır yaralanıb.
 
İcmal.Az

RƏYLƏR