ASGA sədri ATƏT-in Vyanadakı tədbirində mühüm təkliflə çıxış etdi: “Bəlkə biz yeni bir mexanizm işləyib hazırlamalıyıq?”

OXUNUB: 1347 Özəl Seçilmiş Önəmli SİYASƏT
8-10 Oktyabr 2018-ci il tarixində Avstriyanın paytaxtı Vyana şəhərində ATƏT-in mənzil qərargahında "ATƏT regionunda insan haqlarının təbliği, birgə yaşayış və təhlükəsizlik məsələləri" mövzusunda ikinci dərəcəli zirvə toplantısı keçirilib. Tədbirdə iştirak edən Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının sədri, internet media ekspert Səbuhi Abbasov insan haqlarının təbliğində yeni mexanizmlərin hazırlanmasına ehtiyac duyulduğunu qeyd edib: "Məndən öncə çıxış edən natiqlərin fikirlərinə, yanaşmalarına diqqətlə qulaq asdım. Olduqca vacib məqamlara toxunuldu, bir çox mühüm təkliflər verildi. Bunlar hamsı gözəldir və növbəti mərhələ üçün zəruridir. Ancaq gəlin biz bir məqam üzərində dayanaq. Bugün biz insan haqlarının təbliği, birgə yaşayış və təhlükəsizlik məsələləri ilə bağlı hansı işlək mexanizmləri tətbiq edə bilmişik? Bugün dünyanın dörd bir tərəfində sırf siyasi və iqtisadi maraqlar naminə milyonlarla insanın haqları tapdalanır. Son 10 ildə "təhlükəsiz dünya” konsepsiyası adı altında böyük güclər öz şəxsi maraqlarına xidmət edən hərbi əməliyyatlar reallaşdırırlar. Bütün bu proseslərin fonunda təhlükəzis birgəyaşayış modelini necə tətbiq etmək olar? Biz bir çox hallarda tarixə nəzər salmırıq və yaxud tarixdə baş verən olaylardan nəticə çıxarmırıq. Biz tarixi səhvləri yenidən təhlil etməklə növbəti faciələrdən sığortalana bilərik. 
Prosesin ən təhlükəli tərəfi isə IKT inkişafı səbəbindən yaranan elementlərlə bağlıdır. Bugün social şəbəkələr dünyada baş verən proseslərə birbaşa təsir edir. İnsan haqlarının pozulması, təhlükəsizlik məsələləri social şəbəkələrdə hər gün azı milyon dəfə pozulur. IKT inkişafı mütləqdir, dəstəklənməlidir, amma prosesin təhlükəsizliklə bağlı olan tərəfi mütləq ciddi nəzarətə götürülməldir. Bəlkə biz yeni bir mexanizm işləyib hazırlamalıyıq, bəlkə vətəndaş cəmiyyətini bu prosesə fərqli qapıdan salmalıyıq? ”
Məlumat üçün qeyd edək ki, 10-21 Sentyabr tarixində Varşava şəhərində baş tutmuş ATƏT Sammitinin nəticələrinin müzakirəsinə həsr olunmuş bu toplantıda ATƏT üzvü olan 57 ölkənin nümayəndələri – səfirlər, diplomatlar, beynəlxalq təşkilatların rəhbərləri, habelə hüquq müdafiəçiləri və ictimai-siyasi fəallar iştirak ediblər. Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının sədri, internet media ekspert Səbuhi Abbasov isə tədbirə Prezident Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə qatılıb. S.Abbasov 10-21 Sentyabr tarixində Varşava şəhərində baş tutmuş ATƏT Sammitində də çıxış edərək iştirakçılara müraciət ünvanlamışdı.
 
İcmal.Az

RƏYLƏR