Ağstafada ana və qızı itkin düşdü- FOTO

OXUNUB: 644 HADİSƏ

İtkin düşən Ağstafa rayon sakinləri axtarılır.

İcmal.az xəbər verir ki, Bu barədə Musavat.com-a DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan məlumat verilib.

Bildirilib ki, Ağstafa rayon Köçəsgər kənd sakinləri, 1995-ci il təvəllüdlü Qurbanova Aişə və övladı, 2016-cı il təvəllüdlü Nuray Əsədova aprelin 25-də yaşadığı evdən çıxaraq Tovuz rayon istiqamətinə gedib və bir daha geri qayıtmayıb:

"Aişə Qurbanovanın əlamətləri belədir: boyu 166 sm, arıq bədən quruluşlu, gözlərinin rəngi qəhvəyi, sol yanağında qara xal var.

Evdən çıxan zaman onun əyinində göy cins şalvar, qırmızı gödəkcə, ayağında qara rəngli idman ayaqqabısı olub.

Övladının əynində qara rəngli şalvar, bənövşəyi kofta, ağ-qara rəngdə idman ayaqqabısı olub.

Şəkildə gördüyünüz şəxsləri tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in "102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin 02231-5-00-94 şəhər və (070) 213-64-00, (051) 611-79-50 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur”.

https://sozcu.az/wp-content/uploads/2020/05/anaqiz.jpg 638w" sizes="(max-width: 426px) 100vw, 426px" style="box-sizing: border-box; border-width: 0px; border-style: initial; max-width: 100%; height: auto; margin: 0px 5px; display: inline-block;" />

RƏYLƏR