Ağsuda 3 uşaq anası özünü asdı - TƏFƏRRÜAT (YENİLƏNDİ)

OXUNUB: 737 HADİSƏ

Ağsu rayonunun İlxıçı kənd sakini 1982-ci təvəllüdlü Kərimova Səbirə Tehran qızının intiharına dair yeni təfərrüatlar yayılıb.

İlxıçı kənd bələdiyyə sədri Vasif Mustafayevin publika.az-a verdiyi məlumata görə, son günlər ailələrində elə böyük mübahisələr yaşanmasa da, yoldaşı qısqanc olduğu üçün onu heç yerə buraxmırmış:

"Kənddə sakit ailə idilər. Əvvəllər şəhərdə yaşayıblar, son 10 ildir bizim kəndə köçüblər. Hər ailədə mübahisə olur. Qızın atası və əmisi hadisə yerinə gəlmişdi. Atası deyir ki, qızımı ata evinə qoymurdu. Şəraitsiz yerdə saxlayırdı. Belə ailə saxlamaq olmaz. Yazıq uşaq cana yığılıb özün öldürdü. Yəni, atasının dediyinə görə, qızı zəng edib deyirmiş ki, sizə gəlmək istəyirəm, amma icazə vermir”.

Bələdiyyə sədrinin dediklərinə görə, qadının psixoloji vəziyyətində ciddi problem olmayıb:

"Kənddə hamı bir-birini tanıyır, bilir. Əgər bu dərəcədə problem olsaydı bilinərdi. Kənardan hiss olunardı. 3 uşağı vardı. Böyük oğlu hərbi liseydə oxuyurdu. Yoldaşı mal-qara arxasınca gedibmiş, o da yaşadığı evin həyətindəki yardımçı tikilidən özünü kəndirlə asaraq intihar edib. İstintaq aparılır, yəqin tam dəqiq səbəblər araşdırma bitəndən sonra məlum olar”.

Hadisənin ailə münaqişəsi zəminində baş verdiyi ehtimal olunur.

Könül Cəfərli

***

Ağsu rayonunda intihar hadisəsi baş verib.

Hadisə rayonun İlxıçı kənində qeydə alınıb. Kənd sakini 1982-ci təvəllüdlü Kərimova Səbirə Tehran qızı yaşadığı evin həyətindəki yardımçı tikilidən özünü kəndirlə asaraq intihar edib.

Üç uşaq anası S.Kərimovanın özünə qəsd etməsinin səbəbi hələlik məlum deyil. Hadisənin ailə münaqişəsi zəminində baş verdiyi ehtimal olunur.

Faktla bağlı Ağsu rayon Prokurorluğu tərəfindən araşdırma aparılır. /apa

İcmal.Az

RƏYLƏR