2018-ci ilin yanvarın 1-dən İtaliya Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatında (ATƏT) sədrliyi rəsmi olaraq öz üzərinə götürdü. Serbiyaya sədrlik Avstriyadan keçdi.
İcmal.Az-ın məlumatına görə, İtaliya 2018-ci il ərzində təşkilata rəhbərlik edəcək.
İtaliyanın ATƏT-dəki sədrliyinin əsas prioritetləri regiondakı mövcud münaqişələrin həlli, radikallaşmaya, zorakı ekstremizmə və terrorçuluğa qarşı mübarizə, eləcə də etimadın bərpası olacaq.
Sədrin dəyişməsi hər il rotasiya əsasında baş verir.
İcmal.Az