ABŞ-ın Tennesi ştatının Memfis şəhərində atışma baş verib.
Bu haqda yerli polisin tvitter səhifəsində bildirilib.
Hadisə nəticəsində 2 nəfər ölüb, 4 nəfər yaralanıb.
Həlak olanlar və yaralananların bədənləri avtomobillərdən birində aşkar edilib.
"Atışmanın səbəbi hələ müəyyən edilməyib”, - xəbərdə deyilir.
Həmçinin qeyd edilir ki, cinayətdə şübhəli bilinən şəxslər polis əməkdaşlarından gizlənə biliblər.
İcmal.Az