Avropa İttifaqı Şengen vizasını rəqəmsallaşdıracaq

OXUNUB: 126 Özəl DÜNYA
Avropa İttifaqı (Aİ) Şurası və Avropa Parlamenti Şengen vizalarının rəqəmsallaşdırılması ilə bağlı yeni qanun layihəsini razılaşdırıblar.

7NEWS.az xəbər verir ki, yeni qanun qüvvəyə mindiyi zaman pasportlara yapışdırılan vizalar rəqəmsallaşacaq və internet üzərindən 2D ştrix-kod şəklində veriləcək. 

Vizaları mobil cihazlara yükləmək olar. Viza üçün müraciət edənlər bir çox dildə onlayn viza üçün müraciət edə biləcəklər. Yeni sistemlə müraciətlər vahid internet platforması üzərindən işlənəcək. Lazımi sənədlər bu platforma vasitəsilə yüklənəcək və viza rüsumu buraya yatırıla bilər. Ərizəçilər bir neçə ölkəyə səfər etmək istədikləri zaman ərizənin hansı ölkə tərəfindən alındığı barədə məlumatlandırılacaqlar. Sistem Aİ ölkələrinin sərhəd idarəetmə sistemləri və məlumat bazaları ilə bərabər işləyəcək.

7NEWS.az

RƏYLƏR