Avropa İttifaqı Tunisə maliyyə yardımı edəcək

OXUNUB: 114 Özəl DÜNYA
Aİ Komissiyasının sədri Ursula von der Leyen, "Avropanın immiqrantlara qarşı sərhəd keşikçisi olmayacağıq" dedi və Tunisə miqrasiya böhranının öhdəsindən gəlməyə kömək etmək üçün 1 milyard avrodan çox pul verməyi düşündüklərini söylədi.

7NEWS.az xəbər verir ki, Aİ Komissiyasının sədri Ursula von der Leyen Tunisə miqrasiya böhranının öhdəsindən gəlməyə kömək etmək üçün 1 milyard avrodan çox pul verməyi nəzərdən keçirdiklərini söylədi. Bəyanat iqtisadiyyatı böhran içində olan Tunis prezidenti Kays Səidin cəmi bir gün əvvəl ölkəsinin miqrasiya məsələsində Avropa üçün sərhəd mühafizəçisi olmağa razı olmayacağını deməsindən sonra verilib.

7NEWS.az

RƏYLƏR