Avropa İttifaqından 'Wagner' qərarı: Sanksiyalar siyahısına əlavə edildi

OXUNUB: 197 Özəl DÜNYA
7NEWS.az xəbər verir ki, Aİ Rusiya ordusunu hərbiləşdirilmiş qüvvələrlə təmin edən hərbi şirkət olan 'Wagner' ə sanksiya tətbiq edib. Avropa Şurasından verilən açıqlamada 'Wagner'in Rusiyanın Ukraynaya təcavüzündə fəal rol oynadığı qeyd edilib. 

Ukraynanı işğal edən Rusiyanı muzdlu əsgərlərlə təmin edən hərbi şirkət 'Wagner' "müharibədə fəal iştirak etdiyi” səbəbi ilə ikinci dəfə Avropa Birliyinin sanksiya siyahısına daxil edilib. 

Bu yaxınlarda Ukraynanın Bəhmut və Soledar qəsəbələrini ələ keçirməyə çalışan rus qoşunlarına rəhbərlik edən 'Wagner' fevral ayında insan haqlarını pozduğuna və Afrika ölkələrində "sabitliyi pozduğuna" görə Aİ-nin başqa sanksiya siyahısına salınmışdı. 

7NEWS.az

RƏYLƏR