Avropa passportunu əxlaqa və şərəfə dəyişənlər fəsiləsi

OXUNUB: 1549 SİYASƏT

Filologiya elmləri doktoru, telejurnalist Rövşən Raqifoğlu

 

Son zamanlarxüsusən prezident seçkiləriərəfəsində bəzi "həmvətənlərimiz”in sosialməkanda sözün əsil mənasında aktivliyi canfəşanlığı diqqətdən yayınmır. Ya çənəsinə, dilinə güc verib söyüş söyənlər, prezidentə, onun ailəsinə qarşı açıq təhqirə yol verənlər, yada şəkillərdən heyif çıxmağa çalışanlar görəsən nə etmək istəyir, nəyə, yaxud kimə xidmət göstərir? İnsan adlandırmağın belə günaholduğu bu adamcıqlar doğrudanmı elə düşünürlər kionlara baxanlar (özlərinin iddiaetdikləri kimi hər videoya 70 min adam baxır) bugülünc şounu dəstəkləyənlərdir? Əvvəla, "baxmaq heç də bəyənmək anlamına gəlmir” kəlamının nə dərəcədə doğru olduğunu artıq 10 yaşımdan dərk etmişəm. Qonşumuz Kolya dayı hər gün içib evinin pillləkənlərini sürünərək qalxanda və hər hərəkətində insanın meymundan yalnız şüuruna görə fərqləndiyini əyani şəkildə sübut edəndə biz də baxır, əylənirdik. Amma ürəyimizdə yalnız bir hissvardı – acı təəssüf hissiBu gün də özünüazərbaycanlı adlandırıb meydanda sözün əsil mənasında meymunluq edən, bununla damillətinin və xaqının təəssübünü çəkdiyini bar – bar bağırıb ucuz şou düzəldənlərə etiraf edək ki, adamın yazığı gəlir. 
Əvvəla ona görə kiqanacaq və mərifət yaxşı keyfiyyətlərdir və bu keyfiyyətləri nəyin bahasına olursa - olsun ayaqlar altına atmaqtapdalamaqolmaz. Hətta, sizə bunun müqabilində Avropadayaşamaq, vətəndaşlıq almaqbir sözlə, avropalı olmaq vədi verilirsə... Yox əgər əxlaqı, mərifəti, adi ədəb qaydalarını, ümumiyyətlə, kişi adına yaraşmayan hərəkətləri yalnız maraqlardagörürsünüzsə, o zaman yazıqlar olsunGörünürsiz uşaqlıqdan bu cür dəyərlərdən, ilk növbədə ailə dəyərlərindən məhrum olmusunuzBu cürəxlaq, mərifətlə isə nə vətəndaş olmaq, nə ailəsinə, nə də xalqına yaramaq mümkündür. Belə olan halda hər bir fərd yalnız və yalnız YARAMAZA çevrilir kibunu da sizinhərəkətinizdən, düşüncələrinizdən və aparıdığınız çirkin qarayaxmakampaniyalarından tam aydın görmək mümkündür
Ailə dəyərlərinə gəlincə, əminliklə deyə bilərəm ki, hər bir azərbaycanlı ailəsində körpəyə hələ uşaqlıqdan bu fikirlər aşılanır: 

 

1. Ailə müqəddəsdir. Öz ailəsinə, konkret olaraqanasına, atasına, bacısına hörmət edən kəs başqasını söyməz. Çünki ahıl insanların yaxşı sözü var: "Söyüş iki başlı olar”. 
2. Mübarizəni kişi kimi apararlar
3. Bir vəfat etmiş insanın ruhunabir ahıl insanabir də xanıma ehtiramla yanaş... 

Əgər kimsə bu dəyərlərdən məhrumdursa onun düşdüyü durum Kolya dayının vəziyyətindən də ağırdır. Əlbəttəhər kəs öz həyatının sahibidir görünən odur kiAvropaya yağlı tikə dalıncagedənyaxud artıq Avropada olub sahibinə dərəcədə etibarlı olduğunu sübut etməyəçalışan kəslər digər dəyərlərlə yanaşıbumissiyanı da ucuzlaşdırıblar. Bu həyatda nələr görmədik ki... Qoca Qitəyə ayaq basmaqnaminə müxalifətin mitinqlərinə qatılmaq da, hətta başını yarıb və ya üz-gözünü cırıb şəkil çəkdirərək günahı polisin üzərinə atmaq da(inanın, belələrini şəxsən tanıyıram), müxtəlif yollarla internet kanallarına yol tapıb müxalifyönümlü jurnalist imici qazanmaq dayaxudözünü bloqqer kimi təqdim edib qəhrəman obrazı yaratmaq, hətta cinsindən belə imtinaetmək də təcrübədə varAmma Avropapassportunu açıq şəkildə, utanmadan və bunuAvropa küçələrində bağıraraq şərəfə, mənliyə, əxlaqa dəyişmək ənənəsi artıq yeni taktikadır. Hər haldabizim "vətənpərvərlər" üçünBütündəyərlərdən məhrum olan həmin kəslər görəsən bu taktikanı daha nə ilə əvəz edəcək?...


P.S. Bu yaxınlarda həmin "vətənpərvərlər" birinin Avropanın hansısa küçəsinə şəkil yapışdıraraq şərh etdiyi videonu izləyirdim. Videoda qəhrəmanlıqdan, xalqdan, millətdən danışan bu kəs kənardan keçən və ona türkdilində "məni çəkmə” deyə xahiş edən xanımın üzərinə "get işinlə məşğul ol”, "get burdan”, "harda dəli var gəlib bizi tapır” deyərək ucadanqışqırır. Əminəm ki, xanım növbəti dəfə özetirazını bildirsəydi, "qəhrəmanımız”dan yaxşıca kötək yeyəcəkdi. Deməli, bu yanaşma yalnız bizə qarşı deyil. Beyinlə, düşüncə ilə, psixolojidurumlabir də səviyyə ilə bağlıdır. Hər halda, avropalı mütəxəssislərin hər millətdən olan bucür kəsləri necə ustalıqla axtarıb tapması və daha sonra onlardan istədiyi formada yararlanabilməsi bacarığı da bu məqamda etirafolunmalıdır. Necə deyərlər, avropasayağı demokratiyanın elə avropasayağı "qurucuları” və ya ünsürləri də belə olmalıdır. Odur klbu kəsləri Azərbaycan dövlətinin və xalqının deyil, məhz Avropa mühitinin və Avropa "demokratlarının" cücərtiləri adlandırsaq daha düzgün olar...


RƏYLƏR