Avropada İtalyan mafiyası əməliyyatı: 100-dən çox şübhəli həbs olundu

OXUNUB: 135 Özəl DÜNYA
Avropanın 6 ölkəsində İtaliyanın Kalabriya mafiyası "Ndrangheta”ya qarşı keçirilən əməliyyatda 100-dən çox adam yaxalanıb.

7NEWS.az xəbər verir ki, Avropanın 6 ölkəsində İtaliyanın ən güclü mafiyası sayılan Kalabriya mərkəzli Ndrangheta mütəşəkkil cinayət təşkilatına qarşı genişmiqyaslı əməliyyat keçirilib. Səlahiyyətlilər əməliyyat çərçivəsində 100-dən çox şübhəlinin tutulduğunu bildirib.

Almaniya, İtaliya, Fransa və Belçika da daxil olmaqla 6 Avropa Birliyi ölkəsində həyata keçirilən genişmiqyaslı əməliyyatda yüzlərlə polis əməkdaşı iştirak edib.

7NEWS.az

RƏYLƏR