Avropanı ensefalit gənəsi basıb – VİDEO

OXUNUB: 598 DÜNYA
May və iyun aylarında Avropada ensefalit gənələrinin aktivliyi kəskin şəkildə artıb.

Bu haqda Euronews məlumat yayıb.

Avropada hər il gənə ilə keçən ensefalitlə əlaqədar 12 minə qədər kliniki hal qeydə alınır. Ancaq mütəxəssislər rəqəmlərin süni şəkildə aşağı salındığına əmindir.

Xəstəliyə səbəb olan gənələrə təkcə sıx meşədə deyil, şəhər parkında da rast gəlmək olar:

"Mən itim üçün xüsusi kremdən istifadə edirəm. Həmçinin ona gənələri qovan xalta almışam. Ancaq itə allergiya verdiyi üçün sonradan çıxarmalı oldum.

Yazda-yayda onu hər gəzintidən sonra diqqətlə yoxlayıram, ümid edirəm, bu parkda ensefalit gənəsi rastımıza çıxmaz.”, -deyə Budapeşt sakini bildirib.

Ölkədə ensefalitə yoluxma nisbəti hər 100 min nəfər beş yoluxma halıdır. Ümumdünya səhiyyə təşkilatı bütün yaş qrupları o cümlədən, uşaqlar üçün immunizasiyanın aparılmasını tövsiyə edir.

Həmçinin meşədə gəzərkən qapalı geyimin geyilməsi, gənələrin yüksək fəal olduğu fəsillərdə xüsusi vasitələrdən istifadə məsləhət görülür.



 

İcmal.Az

RƏYLƏR