“Avrora Qrup” distribüter şirkətinin bu məhsulunu alanda diqqətli olun-ŞOK

OXUNUB: 990 Özəl GÜNDƏM İQTİSADİYYAT
"Avrora Qrup” distribüter şirkətinin məhsulu insan həyatı üçün təhlükə mənbəyidir.

Bu brədə DOSYE.ORG- a məlumat verən mənbə bildirir ki, "JACK DANİELS” spirtli içki laboratoriyadan keçdikdən sonra məlum olmuşdur ki, tərkibində zəhərli maddə var. Bu gün apardığımız araşdırmalar nəticəsində məlum oldu ki, adı hallanan şirkət "JACK DANİELS” spirtli içkini bütün supermarketlərin və digər mağazaların vitrinlərinə bəh-bəh ilə satışa çıxarıb. Qida Təhlükəsizlik Agentliyinin keçirtdiyi reyd belə bir cinayətin üstünü açmışdır. Maraqlı məqam ondan ibarətdir ki, ölkə də böyük nüfüz qazanan şirkət bu cür ciddi nöqsanlarla işini davam etdirir. Əlbətdə ki, belə bir ciddi məsələnin dərindən araşdırılması və hüquqi qiymət verilməsi bir başa Baş Prokurorluğun səlahiyyətindədir.

Qida Təhlükəsizlik Agentliyini ələ almağa çalışan şirkət rəhbərliyi dərk etməlidir ki, ölkə vətəndaşların həyatını təhlükə altına atmaq ən ağır cinayətdir. Məsələ ilə bağlı "Avrora Qrup” distribüter şirkətinin rəhbəri Ceyhun Abbasovla əlaqə saxlamağa çalışdıq. Əfsüslər olsun ki, zənglərimiz cavabsız qaldı.

Bir daha nəzərinizə çatdıraq ki, "Avrora Qrup” distribüter şirkəti kimi fəaliyyətinin əsası 1 noyabr 1993-cü ildə qoyulmuşdur. Şirkət fəaliyyətinə yerli və xarici fabriklərin istehsal etdiyi məhsulları ölkəmizdə dağıtımını həyata keçirməklə başlayıb. Şirkət rəhbəri Ceyhun Abbasov prezident cənab İlham Əliyev tərəfindən "Tərəqqi” medalı ilə təltif edilib.

Bu istiqamətdə araşdırmalarımız davam edir./DOSYE.ORG


 
Jack Daniel's 1 Litre Whisky | LICOREA

RƏYLƏR