Avstriya və İsveçrədə qar uçqunu nəticəsində 10 nəfər ölüb

OXUNUB: 139 Özəl DÜNYA
7NEWS.az xəbər verir ki, həftə sonu Avstriya və İsveçrədə çoxsaylı qar uçqunları baş verib. Avstriya polisindən verilən açıqlamada dünən 3 nəfərin, bu gün 5 nəfərin, ümumilikdə 8 nəfərin uçqunların düşməsi nəticəsində həyatını itirdiyi bildirilib. Polis bildirib ki, ötən gün təyin olunmuş trasdan xizəklə çıxan 17 yaşlı Yeni Zelandiya vətəndaşı, 50 yaşlarında Almaniya vətəndaşı və 32 yaşlı Çin vətəndaşı qar uçqunu altında ölüb. Polis bu gün Avstriyanın Tirol bölgəsində traktoru ilə qar təmizləməyə kömək edərkən qar uçqunu altında qalan 59 yaşlı şəxs də daxil olmaqla ümumilikdə 5 nəfərin öldüyünü açıqlayıb.

7NEWS.az

RƏYLƏR