Avstriyada son 10 ayda 700 insan qaçaqmalçısı tutulub

OXUNUB: 197 Özəl DÜNYA
Avstriyanın daxili işlər naziri Gerhard Karner, immiqrasiya ilə mübarizə çərçivəsində təhlükəsizlik qüvvələrinin 2022-ci ilin mayından 2023-cü ilin martına qədər 700 insan qaçaqmalçısının tutulduğunu açıqladı. 

7NEWS.az xəbər verir ki, Avstriyanın daxili işlər naziri Gerhard Karner mətbuata açıqlamasında polisin mütəşəkkil cinayətkarlığa və insan qaçaqmalçılarına qarşı fəaliyyətinə toxunub. Ukrayna münaqişəsində mütəşəkkil cinayət təşkilatlarının bu vəziyyətdən sui-istifadə etdiyini və bu prosesdə ölkəyə qeyri-qanuni girişin artdığını bildirən Karner, Şengen bölgəsi adlanan sistemin kifayət qədər yaxşı işləmədiyini müdafiə etdi. 

7NEWS.az

RƏYLƏR