Aydın Şıxəliyev avtomobildə qətlə yetirildi - Sumqayıtda qanlı OLAY

OXUNUB: 1664 HADİSƏ
Sumqayıt şəhərində 62 yaşlı kişinin meyiti maşınında tapılıb.

 
İcmal.Az-ın report-a istinadən məlumatına görə, hadisə şəhərin Hacı Zeynalabdin Tağıyev qəsəbəsində qeydə alınıb.

Belə ki, 1956-cı il təvəllüdlü Aydın Şıxəliyevin meyiti onun idarə etdiyi "Mercedes" markalı avtomobildə tapılıb. Araşdırma zamanı onun bıçaqlanaraq qətlə yetirildiyi məlum olub.

Faktla bağlı araşdırma aparılır.

İcmal.Az

RƏYLƏR