Azadlığa çıxan kimi həbs olundular - VİDEO - FOTO

OXUNUB: 486 MARAQLI

Rusiyadakı qalmaqallı, ekstravaqant və xuliqan perfomansları ilə tanınan "Pussy Riot" pank-qrupunun üzvləri azadlığa çıxan kimi həbs olunublar.

İcmal.Az TASS-a istinadən bildirir ki, "Pussy Riot"un üzvləri Pyotr Verzilov, Veronika Nikulşina, Olqa Kuraçova və Olqa Paxtusova DÇ-2018-in finalında oynanan Fransa-Xorvatiya matçında əyinlərində polis paltarları qaçaraq meydana çıxmışdılar. İyulun 15-də yaşanmış bu olayda qrup üzvləri 30 saniyə meydanda qalmışdılar.

Onlar inzibati həbsə məruz qalmış, 15 gün müddətinə azadlıqdan məhrum edilmişdilər. Üstəlik, onlara 3 il müddətində istənilən idman yarışında tribunalara giriş yasaqlanıb.

Dünən xüsusi istintaq təcridxanasından çıxanda qrupun üzvlərini Xüsusi Təyinatlı Polis Dəstəsinin üzvləri qarşılayıblar. "Pussy Riot" üzvləri polis maşınına oturdularaq "Lujniki" polis idarəsinə aparılıblar.

 

Qrup üzvlərinin yenidən tutulmasının səbəbi bəlli deyil.

Onları 10 sutkayadək həbs, cərimə və ya ictimai işlərdə çalışma cəzası gözləyir.

İcmal.Az


Azadlığa çıxan kimi həbs olundular

Azadlığa çıxan kimi həbs olundular - VİDEO - FOTO

Azadlığa çıxan kimi həbs olundular - VİDEO - FOTO

RƏYLƏR