Azər Həsrət: “Azərbaycan müstəqil siyasət yürüdür, Rusiyanın hər çaldığına oynamır”

OXUNUB: 631 SİYASƏT
"Rusiya mediasında Azərbaycanla bağlı belə yanaşma ilk dəfə deyil. Ümumiyyətlə, Rusiyada bir sıra dairələr, ayrı-ayrı ictimai-siyasi xadimlər və jurnalistlər Azərbaycana münasibətdə düşmənçilik edirlər. Özü də bunu açıq şəkildə dilə gətirirlər. Başa düşürük, onlar bizdən istədiklərini ala bilmirlər”.

Bunu Mətbuat Şurasının İdarə Heyətinin üzvü Azər Həsrət aprelin 28-də "Exo Moskvı" radiostansiyasının efirində yayımlanan, aparıcı Yuliya Latıninanın müəllifi olduğu "Kod Dostupa" verilişində jurnalistin Azərbaycan cəmiyyətini "ruhən xəstə" adlandıraraq bütün Azərbaycan xalqına qarşı məsuliyyətsiz, əxlaqsız və alçaldıcı ifadələr işlətməsinə münasibət bildirərkən deyib:

Azər Həsrət qeyd edib ki, Azərbaycan bir dövlət olaraq müstəqil siyasət yürüdür, Rusiyanın hər çaldığına oynamır, bu da onları özündən çıxarır: "Amma bu heç də haqq vermir ki, bir radionun efirindən istifadə edib Azərbaycanı aşağılasınlar. Belə davranış hər şeydən əvvəl o hərəkətə yol vermiş şəxsin özünün aşağı dəyərlərə sahib olmasından xəbər verir. Digər tərəfdən də elə Rusiyanın özünün qanunlarına ziddir. Üçüncü bir tərəfdən isə qlobal səviyyədə qəbul edilən media etikasına uyğun deyil. Ona görə də düşünürəm ki, Azərbaycan səfirliyi bu məsələdə sonadək gedib o Latınina və onun kimilərinə yerini göstərməlidir”.
 
Qeyd edək ki, artıq Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu "Exo Moskvı” radiosunun efirində Azərbaycana qarşı yol verilən hörmətsizliklə bağlı radionun baş redaktoru Aleksey Venediktova müraciət edib./BNEWS.az
 
İcmal.Az

RƏYLƏR