Azərbaycan Egey dənizində hərbi təlimlərə qatılacaq

OXUNUB: 601 SİYASƏT

Türkiyə Hərbi Dəniz Qüvvələrinin keçirəcəyi hərbi təlimə Azərbaycan da qatılacaq.

Məlumatda qeyd olunur ki, hərbi təlimlər 7-11 may tarixlərində Egey dənizində keçiriləcək.

Bildirilir ki, hərbi təlimlərdə Azərbaycanla yanaşı, ABŞ, Bəhreyn, Macarıstan, Monqolustan, Özbəkistan, Pakistan, Səudiyyə Ərəbistanı olmaqla ümumilikdə 19 dövlət iştirak edəcək.

Xatırladaq ki, bundan əvvəl, 6-30 mart tarixlərində Türkiyə Egeydə hərbi dəniz təlimləri keçirmişdi./trend

İcmal.Az

RƏYLƏR