Azərbaycan jurnalistikası istedadsızların yığnağıdır, nəinki istedadlıların

OXUNUB: 502 GÜNDƏM HADİSƏ
Jurnalistika yoxsamı təbliğat? Bax bizdə jurnalistika bu seçimini edə bilmədi. Bacarmadı. Ən yaxşı halında döndü təbliğata. Sehirli çubuğunu bax burda itirdi. Dünyanın ən geridəqalmış küncündə belə, jurnalist bəli, seçilmiş şəxsdir. Bahalıdır. Özünə dəyər verir...elə başqalarına da. Bizdə isə, jurnalistika ucuzdu, elə jurnalist də.

Müharibənin taleyini həmişə, çiyni paqonlu yüksək vəzifə sahibləri yox…bir də yox… kiçik zabit heyəti, sıravilər həll edir.

Jurnalistikada, ədəbiyyatda da belədir.

Azərbaycanlılar nədənsə həmişə tənqid hədəfi kimi, yüksək vəzifəliləri, yəni beş ulduzlu berendləri seçsələr də, mən, bu qədim adətimizi pozmaq istəyirəm. Tənqid hədəfimiz müasir zati aliləri yox…adi piyadalarımız, kiçik zabit heyətimiz olmalıdır.

Məhz bax bu adi, istedadsız, boz kütlə ölkədəki böhranın səbəbidir.

Adi, sıravi insanlar, bizdə çəyirtkə kimi yayılıb ən vacib strateji sahələri, xüsusən jurnalistikanı, ədəbiyyatı məhhv ediblər.

Elita yoxdu artıq Azərbaycandakı bütün sahələrdə. Hamı…bu gün hamı jurnalistdi, yazıçıdı, siyasətçidir.

Buna sosialogiyada KÜTLƏVİ ƏDƏBİYYAT, MƏDƏNİYYƏT DÖVRÜ deyirlər.

Elita ölüb. Yerini ötürüb əli qaləmli həvəskarlara.

Başlayaq bax bu” kütləvi jurnalistikamızın” tənqidindən.

Kütləvi juranalistikasının peşəkarlıq şkalası, mübahisəli mövzu, Anadolu türkləri demiş ziddiyyətli konudu.

İndiki jurnalistika, beynəlxalq sualarda sərbəst üçgüçülük məharəti tələb edir. Ancaq Azərbaycan mediası, beynəlxalq yox, sırf məhəlli məzmunludur.

Media kapitanları, uzaq məsafəli səfərlərə tam hazırlıqsızdırlar.

Azərbaycan jurnalistikası istedadsızların yığnağıdır, nəinki istedadlıların.

Çağdaş jurnalistika, smart texnologoyalarla yüklüdürsə, Azərbaycan mediası, bahar şumuna hələ də kotanla, kətmənlə çıxır.

Araşdırma janrı yoxdu bu həvəskar topluda. Peşəkarlar, peşə qanunları, standartları Azərbaycanda bütün sahələrdə, xüsusən jurnalistikada arzuolunmazdı.

Rəsmi Bakının son 3 il ərzində bütün uğurları ancaq güc nazirliklərində-hərbi sahədə, kəşfiyyatda, ordu quruculuğunda və digər bəzi sahələrdə özünü aydın göstərsə də, razılaşın, butün bu nailiyyətlərimizi məhz zay jurnalistikamız sıfırlayır.

Bu piyadaların, zabit rütbəsi alması, çox vaxt apardı. Bəzi qurumlarda jurnalist heyətinin tam kütləvi tərxisi, qaçınılmazdı. İxtisarlar labüddü.

Jurnalistikamızın azarı, keyfiyyətsiz kadrlardı. İstedlısı, savadsız, savadlısı isə istedadsızdı bu jurnalist tayfamızın.

Ələbaxımlıdır. İdealist şkala yoxdu qətiyyən beyinlərində.

Məişət qayğıları aşiqdirlər, nəinki öz peşələrinə.

Təsadüfü adamlar faizi 50, 60 faiz olsaydı nə dərdimiz vardı ki? Yox...bu statistika bizdə 99 faiz həcmindədir.

3 D çaplı jurnalist heç yoxdu biz jurnalist məhllələrində...bolluca avara var.

Futuristik, yənəi gələcəyə yönlü baxış sıfırdı burda. Nə varsa, inildiyən nostalji mövzularda, keçmişdədir.

Guya ki, keçmişlərdə nəsə yaxşı, indikindən müsbət olub...

Yalansa.

Sadəcə siz jurnalistlərdə müasir, modern, fururistik təfəkkür işartıları çatışmır. Bu səbəbdən nostaljiyə qapılırsız.

Azərbaycan jurnalistlərinin səsi, ucdantutma cırdı. Yetişməmiş kal səslər efiri zəbt edərək, dinləyicinin qulaqlarını cırmaqlasa da, nə xeyri?

TV, radio "kapitanları" sükanı, lövbəri, yelkənləri, mikrafonları hələ də bu həvəskar tayfasına etibar edirlər.

Teleaparıcılar, adətən əksər samit, sait səsləri sanki unudurlar. Tələlffüz etmirlər. Cingiltili, kar samitlər bölgüsü, sıfırdı radio, tele efirlərində.

Montajçılar, öz diktaturasını qurublar efirdə. Verilişləri, kadrları eyni baxış bucağından, eyni kasıb üsullarla, sanki adi yapışqanla (!) bir-birinə çalayırlar.

İşıq standartları da sıfırdı efirdə.

Səsin keyfiyyəti də.

Qısası, Azərbaycan jurnalisrikasının "Elektron idarəetmə" modeli, mühərriki, çat verib. İşləmir. Təcili yeni standartlara keçib, elektron göstəriciləri redəktə etmək lazımdır.

Həmid Herisçi

visiontv.az

Media elektron üsullarla, mexanik idarə edilə bilməz.

Acı nəticələr göz önündədir.

Elektron dövlət, idarəetmə bəlkə də bələdiyyə, İcra səviyyəsində yaxşıdır. Ancaq jurnalistikada faciəli nəticələrlə yadda qalıb.

Azərbaycan dövlətinin, ordusunun qələbələri məhz jurnalistikamız sıfırlayır.

Bu orduda yeni hərbi çağırışa ciddi ehtiyac yaranıb.

Sözdə "kapitanların" rütbəsi geri çağırılmalı, paqonları çiyinlərindən sökülməlidir.

RƏYLƏR