Azərbaycan ordusu düşmənin çox sayda canlı qüvvəsini məhv etdi: Aralarında kapitan da var - RƏSMİ

OXUNUB: 1142 SİYASƏT

"Cəbhənin Ağdərə istiqamətində döyüşlərdə iştirak edən Ermənistan silahlı qüvvələrinin 5-ci dağatıcı alayının bölmələrinə vurulan atəş zərbəsi ilə xeyli sayda şəxsi heyət məhv edilib və döyüş texnikası sıradan çıxarılıb”.

 

Bu barədə Azərbaycanın Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, UAZ markalı hərbi avtomobilin sıradan çıxarılması nəticəsində məhv edilən şəxsi heyətin arasında hərbi hissənin zabiti kapitan Ando Qrikoryan da olub.


RƏYLƏR