"Azərbaycan-Türkiyə münasibətləri ən yüksək səviyyədədir və bütün dünya üçün nümunədir"- Elşən Musayev

OXUNUB: 527 Özəl GÜNDƏM Texnologiya SOSİAL
"TEKNOFEST Azərbaycan” festivalı bir daha sübut etdi ki, bir millət–iki dövlət olan Türkiyə və Azərbaycanın qardaşlığı, dostluğu, müttəfiqliyi ən yüksək səviyyədədir və eyni zamanda bütün dünya üçün nümunədir. Xüsusən hər iki ölkə Prezidentinin çıxışında verilən mesajlar son dərəcə önəmli idi. Həqiqətən də çox qürurverici bir haldır ki, biz bu qədər yaxın və doğmayıq”. Bu fikirləri "7NEWS.az”a Azərbaycan Demokratik Maarifçilik Partiyasının sədri, Milli Məclisin deputatı Elşən Musayev  söyləyib.
"Festivalda möhtərəm cənab Prezident İlham Əliyev geniş məzmunlu nitq söylədi və əslində həmin nitq gələcək perspektivlərin, Türkiyə-Azərbaycan münasibətlərinin "yol xəritəsi”dir. İlham Əliyev  qardaşlıq münasibətlərindən bəhs edərkən çox önəmli məqama diqqət çəkdi:”Bu birlik xalqlarımız üçün əsas yol istiqamətidir. Azərbaycan və Türkiyə daim bir-birinə dəstək göstərir. Bizim ölkələr yaxşı günlərdə də, çətin günlərdə də hər zaman bir-birinin yanındadır. Nə qədər Türkiyə və Azərbaycan bir yerdə inamla addımlasa bölgəmizdə sülh və barış da bir o qədər möhkəm olacaq”.
Bəli, əsl gerçək də məhz budur. Sülhə və barışa doğru irəliləməyin vacibliyi. Bölgədəki həmin sülh və barışın qayəsi, sütunu isə həqiqətən də Türkiyə və Azərbaycan qardaşlığının,  dostluğunun, birliyinin möhkəmliyidir.
Bir daha xüsusi vurğu ilə qeyd etmək istəyirəm: "TEKNOFEST” – Azərbaycan və Türkiyə qardaşlığının ən gözəl nümunələrindən biridir. Hesab edirəm ki, belə tədbirlərin sırası bundan sonra daha da genişlənəcək və bu xoş, güvənli münasibətlər günü- gündən inkişaf edəcək”.- deyə Partiya sədri fikirlərinə davam edib.

RƏYLƏR